Modern.az

22 yaşlı "Yeni Müsavat" 5000-ci sayını buraxıb

22 yaşlı "Yeni Müsavat" 5000-ci sayını buraxıb

22 Dekabr 2011, 11:41

2011-ci il noyabrın 11-də 22 yaşını qeyd edən “Yeni Musavat” qəzeti bu gün - dekabrın 22-də 5000-ci sayını buraxıb. Modern.az saytının məlumatına görə, 1989-cu ilin noyabrında yaradılmış “Yeni Müsavat” əvvəl həftəlik nəşr kimi fəaliyyət göstərib, sonra tədricən dövriliyini artırıb. 2001-ci ildən qəzet həftənin bütün günləri - 7 dəfə çıxır.
1993-cü ildən 2009-cu ilədək qəzetə Müsavat Partiyasının başqanı İsa Qəmbər təsisçilik edib. 2009-cu ildə “Yeni Musavat”ın 20 illiyi ilə bağlı tədbirdə Müsavat başqanı təsiscilik hüqunu Rauf Arifoğluna həvalə edib. İndi Rauf Arifoğlu “Yeni Musavat”ın qurucusu və baş redaktorudur.

Müasir Azərbaycanın qəzet sənayesində “Yeni Müsavat” ən “qoca” qəzet sayılır. Müstəqillik dövrünün əvvəlində yaranan ilk müstəqil qəzetlərdən biridir. Bu gün ökənin ən çoxtirajlı qəzetləri sırasında “Yeni Müsavat” ön sırada yer alır.
1989-cu ilin noyabrından 1991-ci ilin sentyabrınadək  “samizdat" üsulu ilə “Yeni Müsavat”ın 17 nömrəsini çıxıb.
Bu qəzeti 22 il öncə 23 yaşlı gənc - Rauf Arifoğlu təsis edib və 22 il ərzində nəşrin baş redaktoru olub. Hazırda o, yenə də qəzetin təsisiçisi, eyni zamanda baş redaktorudur.  

Baş redaktor Rauf Arifoğlu deyir ki, qəzetin anası, ya da babası “Birlik” dərgisidir. “İlk nömrələrimizin materiallarını kustar üsulu ilə kiçik çap maşınında özüm yığmışam. O materiaları yığarkən hətta barmaqlarım da qan içindəydi. Çünki təcrübəm yox idi. 20 il öncəki həmin çap makinasını da indiyə kimi saxlayırıq. Bu mənimçün çox qiymətlidir”.  

Rauf Arifoğlu deyib ki, “Yeni Müsavat” brendi dürüstlüyü, etibarı, milliliyi, türkçülüyü və İslamı özündə birləşdirir.  İndiyədək qəzetə təxminən 500-600 əməkdaş gəlib-gedib.
Təsisçi və baş redactor qəzetin oxucularının yarıdan çoxunun məmurlar olduğunu bildirir.
”Məmurların imkanları var ki, hər gün 40 qəpik verib qəzet alsınlar. 20-25% oxucumuz müxalifətçilər, 20% xırda ticarətlə məşğul olanlar, 5-7% isə təsadüfü adamlardı. Oxucu rəyi bizə o qədər lazımdır ki, biz əlimizi nəbz kimi ona kökləmişik”.
Bu sözləri R.Arifoğlu Modern.az-a qəzetin ötənilki ad günündə söyləmişdi. Yəqin indi də bunun üzərində durur.





Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi