Modern.az

5 kəndin su problemi həll olundu - FOTOLAR

5 kəndin su problemi həll olundu - FOTOLAR

23 Dekabr 2011, 23:30

Dekabrın 21-də millət vəkili Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edib. Bu dəfəki səfərin məqsədi İsmayıllı rayonunun Ruşan, İvanovka, Hacıhətəmli, Mollaisaqlı kəndlərində içməli suyun verilməsi, Soltankənddə isə həm suyun, həm də yeni inşa edilmiş məktəb binasının istifadəyə verilməsi ilə bağlı tədbir də iştirakı olub. Tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov və yerli strukturların rəhbərləri də iştirak edib.

Tədbirlərin hər birində İcra Hakimiyyətinin başçısı və millət vəkili Novruz Aslanov çıxış edərək regionların sosial-iqtisadi inkişafı dövlət proqramının rayonda icrası istiqamətində görülən işlər barədə ətraflı məlumatlar veriblər. «Deputat bu tədbirlərin davamlı olaraq icra olunacağını vurğulayaraq bildirmişdir ki, bu sahədə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edilir. Rayonlarda infrastrukturun yenilənməsi prioritet məsələlərdəndir. Sosial yönümlü layihələrin icrası da daim dövlətin diqqətində olub və vətəndaşların rifahının yüksəldilməsi üçün dövlət müvafiq addımları atır»-deyə millət vəkilin qərargahından Modern.az-a məlumat verilib.

Tədbirlərdə kənd sakinlərinin suallarını da cavablandıran Novruz Aslanov içməli su, təbii qaz və enerji məsələləri ilə bağlı əlaqədar strukturlara müvafiq müraciətələrin etdiyini bildirib. Belə məsələlərin müvafiq dövlət proqramı çərçivəsində həll ediləcəyini və bu işlərin bütün bölgələrdə davam etdiyini önə çəkən deputat sonda kənd sakinlərinə bu tədbirlərdə fəal iştirak etdiklərinə görə təşəkkür edib. 






 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...