Fransa parlamentində qondarma “erməni soyqırımı”nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi davam edir. Modern.az saytının “Hürrüyət” qəzetinə istinadən verdiyi məlumata görə, iclasa 577 millət vəkilindən 41-i qatılıb.
Müzakirələrin davam etdiyi parlament binası qarşısında isə Türk milliyətindən olan izdiham etiraz aksiyasına toplaşıb. Aksiyada 5 minədək adamın qatıldığı bildirilir. Burada Türkiyə bayraqları ilə yanaşı, Azərbaycan bayraqları da qaldırılıb.
Parlamentin iclasında öncə iqtidardakı Xalq Hərəkat Birliyi Partiyasının millət vəkili Valerie Boyer çıxış edib. O qeyd edib ki, qanun layihəsinin qəbulunda məqsəd əlaqələri pozmaq deyil. “Bu Fransa vətəndaşlarının qorunması üçün vacibdir. Ona görə də sizləri bu qanun layihəsinə səs verməyə çağırıram”-deyə o, millət vəkillərinə səslənib.
Fransa qondarma “erməni soyqrımı”nı 2001-ci ildə rəsmən tanıyıb. Bu gün isə parlament qondarma “erməni soyqırımı”nı inkar edən şəxslərin 1 illiyə həbs olunmasını və ya 45 min avro cərimələnməsini nəzərdə tutan qanun layihəsini müzakirə edir. Qanunun qəbulunda parlamentin iclasında iştirtak edən deputatların səs çoxluğu nəzərə alınacaq. Yəni məsələn, Fransa Milli Məclisində 3 millət vəkili iştirak edirsə və onlardan 2-si qanunun qəbul edilməsinə səs verərsə, qanun qəbul olunacaq.
Fransanın bu addımı Türkiyə rəsmilərinin ciddi etirazına səbəb olub. Baş nazr Rəcəb Tayyib Ərdoğanın Fransada qanun layihəsinin qəbul ediləcəyi təqdirdə Türkiyənin atacağı addımları bu gün acıqlayacağı gözlənilir.
Məlumata görə, qanun layihəsinin qəbulundan sonra Türkiyə bu ölkədəki səfirini geri cağıra və fransız şirkətlərinin bəzi dölvət layihələri ləğv olna bilər.
Modern.az