Modern.az

QHT Şurasının hazırladığı yeni qanun layihələri müzakirə olunub - FOTOLAR

QHT Şurasının hazırladığı yeni qanun layihələri müzakirə olunub -  FOTOLAR

22 Dekabr 2011, 16:05

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədilə hazırladığı yeni qanun layihələrinin ictimai müzakirəsini davam etdirib.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Milli Məclisin deputatları, beynəlxalq təşkilatlar, biznes qurumları, yerli QHT və media təmsilçilərinin iştirakı ilə “Sosial Sifariş haqqında” qanun layihəsi və Korporativ Sosial Məsuliyyət Xartiyası müzakirə edilib. Tədbiri açan Şura sədri Azay Quliyev qanun layihələrinin ictimai fəaliyyət üçün böyük əhəmiyyət daşıdığını və onların QHT qanunvericiliyinin möhkəmləndirilməsində müsbət rol oynayacağını vurğulayıb. A.Quliyev Şura tərəfindən yaradılmış işçi qrupların qanun layihələri üzərindəki fəaliyyətini yüksək qiymətləndirməklə bərabər qeyd edib ki, layihələrin daha da təkmilləşdirilməsi məqsədilə onların müzakirələrinin davam etdirilməsi vacibdir. A.Quliyev bu müzakirələrin hökumət nümayəndələri, iqtisadiyyat sahəsi və QHT təmsilçilərinin iştirakı ilə Milli Məclisin müvafiq qurumları səviyyəsində keçirilməsini də istisna etməyib.      

“Sosial Sifariş haqqında“ qanun layihəsini müvafiq olaraq işçi qrupun rəhbəri Sahib Məmmədov,  Korporativ Sosial Məsuliyyət Xartiyasını isə İsrail İsgəndərov təqdim ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə müzakirəyə çıxarılmış sənədlərin vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayacağını qeyd edərək, onların rəhbərlik etdiyi İqtisadiyyat komitəsində müzakirə olunaraq daha da cilalanmasını mümkün sayıb.

 Müzakirələrdə çıxış edən millət vəkilləri Musa Quliyev, Əli Məsimli, beynəlxalq təşkilatların təmsilçiləri Məhəmməd Quluzadə, Şahin Şükürov, QHT rəhbərləri Aydın Kərimov, Qubad İbadoğlu, Razi Nurulla, Səadət Bənənyarlı, Lyudmila Xəlilova, Nazir Quliyev, Ruslan Atakişiyev, Faiq İsmayılov, Aqil Qəribov və başqaları təqdim edilmiş sənədlər haqqında öz fikir və təkliflərini bildiriblər.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...