Modern.az

Fransa parlamenti erməni rəzalətini tanıdı

Fransa parlamenti erməni rəzalətini tanıdı

22 Dekabr 2011, 16:38


Fransa Milli Məclisi qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qanun layihəsini qəbul edib. Müzakirələrdə iştirak edən 50-yə yaxın deputatdan 38-i lehinə səs verib. Modern.az saytının “Haber 7”ə istinadən verdiyi məlumata görə, qanun layihəsinin quvvəyə minməsi üçün Senata təqdim olunacaq. Son qərar isə bundan sonra məlum olacaq. 

Müzakirələrin davam etdiyi parlament binası qarşısında isə Türk milliyətindən olan izdiham etiraz aksiyasına toplaşıb. Aksiyada 5 minədək adamın qatıldığı bildirilir. Burada Türkiyə bayraqları ilə yanaşı, Azərbaycan bayraqları da qaldırılıb.

Fransa qondarma “erməni soyqrımı”nı 2001-ci ildə rəsmən tanıyıb. Bu gün isə parlamentin tanıdığı sənəd qondarma “erməni soyqırımı”nı inkar edən şəxslərin 1 illiyə həbs olunmasını və ya 45 min avro cərimələnməsini nəzərdə tutur

Fransanın bu addımı Türkiyə rəsmilərinin ciddi etirazına səbəb olub. Baş nazr Rəcəb Tayyib Ərdoğanın Fransada qanun layihəsinin qəbul ediləcəyi təqdirdə Türkiyənin atacağı addımları bu gün acıqlayacağı gözlənilir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...