Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Modern.az saytının məlumatına görə, dövlət başçısı və xanımı məscidin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxıblar.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidentinə və xanımına məsciddə görülən işlər barədə məlumat verib..
Məsciddə yaradılan şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Şimali Qafqazın müftiləri ilə görüşüb.
Görüşdə, həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının sədri və üzvləri adından Prezident İlham Əliyevin ad günü münasibətilə müraciət oxunub.
Daha sonra, şeyxülislam hacı Allahşükür Paşazadə Prezident İlham Əliyevə müqəddəs Qurani-Kərim hədiyyə edib.
Azərbaycan Prezidenti bir daha müftilərlə görüşüb, onlara uğurlar arzulayıb.
Modern.az