Modern.az

Azərbaycanın “Avroviziya”da qələbəsinə hər 67 nəfədən 1-i inanır

Azərbaycanın “Avroviziya”da qələbəsinə hər 67 nəfədən 1-i inanır

Dünya

5 Aprel 2019, 13:54

Mayın 14-də start götürəcək “Avroviziya-2019” mahnı müsabiqəsini musiqi həvəskarları ilə yanaşı, bukmeyker kontorları da maraqla gözləyir.

 

Modern.az xəbər verir ki, Avropadakı mərc kontorları yarışmanın favoriti kimi Hollandiyanı göstərirlər. Statistikaya görə, bu ölkənin qələbə şansı 3 koeffisentlə qiymətləndirilir. “Avroviziya” qalibini düzgün taparaq pul qazanmaq istəyən mərc həvəskarlarının 24%-i məhz bu ölkəni favorit göpstərib.

 

İkinci pillədə qərarlaşan İsveçrənin koeffisenti 6, “üçlüy”ü tamamlayan Rusiyada isə 6,5-dir. Çingiz Mustafayevin “Truth” mahnısı ilə yarışmaya qatılacaq Azərbaycan isə bukmeyker siyahılarında 14-cü pillədə qərarlaşıb. Azərbaycan yarışmada qələbə şansı 67-nin 1-ə kimi qiymətləndirilir.  

 

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi