Modern.az

İlyas İsmayilov İlham Əliyevi təbrik edib

İlyas İsmayilov İlham Əliyevi təbrik edib

22 Dekabr 2011, 17:51

Ədalət Partiyasının sədri, Milli Məclisinin deputatı İlyas İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevə 50 yaşının tamam olması münasibətilə təbrik məktubu göndərib. Modern.az-ın məlumatına görə, təbirikdə deyilir:

“Sizi - Azərbaycan Respublikasının Prezidentini 50 yaşınızın tamam olması münasibətilə təbrik edirəm, şəxsinizə və ailə üzvlərinizə möhkəm can sağlığı arzulayıram.

Siz, olduqca mürəkkəb və problemlərlə dolu bir şəraitdə, çox həssas bölgədə yerləşən Azərbaycan Respublikasının Prezidenti kimi şərəfli, eyni zamanda, yüksək məsuliyyətli bir vəzifə tutmuş, ölkənin daxilində və beynəlxalq münasibətlərdə müstəqil Azərbaycan dövlətini təmsil edirsiniz.

Sizə çoxsahəli taleyüklü fəaliyyətinizdə - Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılmasında, ərazi bütövlüyünün bərpa edilməsində, cəmiyyətimizi ağac qurdu kimi içərisindən məhv edən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində, Azərbaycan Respublikası Konstitusiyasının Sizə verdiyi çoxsaylı, lakin şərəfli və olduqca gərgin əmək və məsuliyyət tələb edən səlahiyyətlərinizin həyata keçirilməsində uğurlar diləyirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...