Fransa Milli Məclisinin qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı sənəd qəbul etməsindən sonra Türkiyə tərəfindən ilk addım atıldı.
Modern.az Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, sözdə “erməni soyqrımı”nı inkar edənlərin cəzalandırılması təklif edən qanun layihəsinin qəbulundan sonra Türkiyə Fransadakı səfirini Ankaraya geri çağırıb.
Qeyd edək ki, Türkiyənin Fransadakı səfirinin Azərbaycan vaxtı ilə saat 19:00-da “soyqırımı” inkar edənlərin cəzalandırılmasını təklif edən qanunun qəbulu ilə bağlı çıxış etməsi gözlənilir.
Fransanın Xalq Hərəkat Birliyi Partiyasının millət vəkili tərəfindən hazırlanan qanun Milli Məclisin 38 deputatının lehinə səs verməsi ilə qəbul olunub. Qanun qüvvəyə minməsi üçün Senata göndərilib. Son qərar isə bundan sonra məlum olacaq.
Modern.az