Modern.az

Gəmiqayırma zavodunda partlayış: 3 ölü

Gəmiqayırma zavodunda partlayış: 3 ölü

Dünya

6 Aprel 2019, 21:43

İranın Bəndər-Abbas limanı yaxınlığında gəmiqayırma zavodunda baş verən partlayış nəticəsində 3 nəfərin ölüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Bəndər-Abbas limanından 37 kilometr aralıda yerləşən gəmiqayırma zavodunda bilinməyən səbəblərdən partlayış baş verib. İnsident zamanı burada işləyən İranın müdafiə sənayesi əməkdaşlarından ən azı 3 nəfəri həlak olub. Zavodda olan sualtı qayıqdakı üç batareya da partlayıb.

IRIB telekanalının saytında yerləşdirilən xəbərdə bildirilib ki, Bəndər-Abbas limanı yaxınlığındakı Şəhid Dərvişi gəmiqayırma zavodunda sualtı qayığın batareyalarının partlaması nəticəsində “Müdafiə Nazirliyinin üç əməkdaşı şəhid olub”.

İranın Müdafiə Nazirliyi insidentlə bağlı rəsmi məlumat yaymayıb.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi