Modern.az

Əli Əhmədov Milli Məclisi Fransa parlamentinin qərarına münasibət bildirməyə çağırdı

Əli Əhmədov Milli Məclisi Fransa parlamentinin qərarına münasibət bildirməyə çağırdı

23 Dekabr 2011, 12:23

Milli Məclisin bugünkü iclasında çıxış edən deputat  Əli Əhmədov qeyd edib ki, Azərbaycan parlamenti Fransa parlamentinin erməni soyqırımı ilə bağlı çıxardığı son qərara öz mövqeyini bildirməlidir

“Azərbaycan parlamenti xalqın mövqeyini ifadə edən bir qurumdur. Hesab edirəm ki, buna görə də Azərbaycan parlamenti öz münasibətini bildirməlidir”.

Fransa ilə Azərbaycan arasındakı münasibətlərə, konkret addımlara gəldikdə isə Əli Əhmədov qeyd edib ki, Azərbaycanla Fransa arasında iqtisadi sahədə, ATƏT-in Minsk qrupunun həmsədri çərçivəsində çox yaxşı münasibətlər var.

“Bu məsəslələri araşdırmaq lazımdır. Amma təbii ki, Fransa parlamentində belə qanunun qəbulu iki ölkə arasındakı münasibətlərə kölgə salır”.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...