Modern.az

Məleykə Abbaszadə: "Bununla bağlı Baş nazirə də müraciət edəcəm"

Məleykə Abbaszadə: "Bununla bağlı Baş nazirə də müraciət edəcəm"

23 Dekabr 2011, 12:35


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında gələn ildən elektron imza sistemindən istifadəyə keçilə bilər”. Modern.az saytı xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Elektron imza ilə bağlı prosesin TQDK-da başa çatdığını bildirən Məleykə Abbaszadə qeyd edib ki, bununla bağlı hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə danışıqlar aparılır.

“Komissiyanın bütün məsul şəxslərinə elektron imzalar verilib. Bildiyiniz kimi hər hansı ərizlərin, müraciətlərin verilməsi üçün komissiyaya müraciətlər olunur. Fiziki şəxslər üçün elektron imzalar 30 manat məbləğində və 3 illik müdətə verilməsi nəzərdə tutulub. Hesab edirəm ki, bu müddət azaldılmaqla daha münasib qiymətə elektron imzalardan istifadə edilməsi mümkün ola bilər. Bununla bağlı mən Baş nazirə də müraciət edəcəm. Hazırda isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə bu istiqamətdə danışıqlar gedir. Əgər təklif qəbul olunsa və müsbət qiymətləndirilsə, o zaman gələn ildən TQDK-da elektron sistemə keçiləcək” deyə TQDK sədri əlavə edib.

Sədaqət SÜLEYMANOVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...