Modern.az

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından abituriyentlərə kömək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından abituriyentlərə kömək

23 Dekabr 2011, 12:40

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və "Abituriyent" jurnalı redaksiyasının "Abituriyentə informativ-metodiki kömək" silsiləsindən yeni bir vəsait – "Məlumat kitabı (Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün)" çapdan çıxıb. 

Komissiyanın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, ixtisas qruplarına uyğun olaraq 4 kitabdan ibarət olan bu vəsaitdən ali təhsil müəssisələrinə qəbula hazırlaşan abituriyentlər və yuxarı sinif şagirdləri, habelə valideynlər və təhsil işçiləri istifadə edə bilərlər.

Nəşrdə qəbul kampaniyasının gənclər üçün maraqlı olan ən aktual, ən vacib məsələləri işıqlandırılır.

Kitab aşağıdakı bölmələrdən ibarətdir:

• Növbəti 2012/2013-cü və sonrakı 2013/2014-cü – 2015/2016-cı tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin ayrı-ayrı ixtisasları üzrə dövlət sifarişi ilə tələbə qəbulunun Proqnozu (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 oktyabr tarixli 336s nömrəli sərəncamından çıxarış); 
• 2011-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları; 
• 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları; 
• 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları; 
• Ali təhsil müəssisələrinin bakalavr ixtisasları; 
• Tələbə qəbulu kampaniyası: dəyişiklik və yeniliklər; 
• TQDK-nın elektron xidmətləri haqqında müfəssəl məlumatlar verililib.

Bölmələrin adından da göründüyü kimi oxucular bu kitablar vasitəsi ilə abituriyentlər öz suallarına cavab tapa biləcəklər. 

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...