Modern.az

Ərdoğan-Putin görüşündə nələr müzakirə olunacaq?

Ərdoğan-Putin görüşündə nələr müzakirə olunacaq?

8 Aprel 2019, 12:49

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Ərdoğan səfər zamanı Suriya ərazisində YPG-yə qarşı hərbi əməliyyatların başlanmasını müzakirə etmək planlarını açıqlamışdı.

 

Bundan başqa, Türkiyə lideri Suriyaya məxsus olmuş Qolan təpəliklərinin Ağ Ev tərəfindən İsrail ərazisi kimi tanınmasını, S-400 zenit-raket kompleksinin Türkiyəyə satışı və “Türk axını”nın tikinti ilə bağlı müzakirələr aparacaq.

İki ölkə liderlərinin iş adamları ilə birgə iclasa da qatılacağı məlumdur.  

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var