Modern.az

Vahid Əhmədov Fransaya bəyanat verməyi, Oqtay Əsədov səbrli olmağı təklif edib

Vahid Əhmədov Fransaya bəyanat verməyi, Oqtay Əsədov səbrli olmağı təklif edib

Parlament

23 Dekabr 2011, 13:22

Milli Məclisin bugünkü iclasında milət vəkili Vahid Əhmədov təklif edib ki, Fransa parlamentinin qondarma “erməni soyqırımı”ına dair məlum qərarına etiraz olaraq Azərbaycan Milli Məclisində komisya yaradılmalı və məsələyə etiraz etmək üçün bəyanat hazırlanmalıdı.
“Fransa parlamentinin qondarma “erməni soyqırımı”ına dair məlum qərarı təkcə Türkiyəyə qarşı deyil, ümumilikdə Türk dünyasına qarşı yönələn sənəddir”-deyə V.Əhmədov qeyd edib.

Mili Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, ermənilər tarix boyu heç vaxt özlərini idarə edə bilməyiblər, həmişə onlar kənardan idarə olunurlar. 
Spikerin fikrincə, Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı sənədini Fransa Senatı da qəbul etsə belə, Fransa prezidenti Nikola Sarkozi onu imzalamayacaq.  

O.Əsədov onu da bildirib ki, Azərbaycan xalqı bu məsələ ilə bağlı xaricdə öz mövqeyini bildirib.
“Ona görə də hesab edirəm ki, biz bu məsələdə bir az ehtiyatlı olmalıyıq, dözümlü yanaşmalıyıq”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR