Modern.az

Milli Məclis Fransa parlamentinə qarşı

Milli Məclis Fransa parlamentinə qarşı

Parlament

23 Dekabr 2011, 13:36

Milli Məclisin dekabrın 23-də keçirilən iclasında  ilk müzakirələr Fransa parlamentində dünən qəbul edilən qondarma “soyqırımı” inkar edənlərin cəzalandırılması ilə bağlı sənəd barədə olub.

Modern.az saytı xəbər verir ki, iclasda ilk çıxışı alan millət vəkili Siyavuş Novruzov Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi sənədi pisləyib və bildirib ki, Avropanın mərkəzi sayılan bir ölkənin tarixdə olmayan ittihamı qəbul etməsi ən birinci Avropa dəyərlərinə ziddirr.

“Dəfələrlə Türkiyə tərəfindən “arxivlər açılsın, tarxiçilər gəlsin” deyə fikirlər səsləndirilsə də,  Ermənistan dövləti bu müraciətə cavab verməyib. Mən bu qərarı qətiyyətlə pisləyirəm. Azərbaycan parlamenti hər zaman Türkiyənin yanındadır və biz əlimizdən gələni köməyi Türkiyəyə göstərməliyik”.

Ötən əsrin axırında baş verən və bütün əyani sübutları olan Xocalı soyqırımı ilə bağlı Fransa parlamentində heç bir qərarın qəbul edilmədiyinə diqqət çəkən deputat bildirib ki, ötən əsrin əvvəlinə aid əsassız iddianın sənəd şəklinə salınması qəbuledilməzdir. S.Novruzov qeyd edib ki, heç nasizmə qarşı Avropada belə bir münasibət olmayıb.

“Azərbaycan müxalifətçi jurnalsitləri bəzən sığınacaq kimi gedib Fransaya sığınırlar, bu onların da türklərə qarşı olmasının göstəricisidir”.

Daha sonra deputat Mübariz Qurbanlı məsələyə münasibət bildirirək deyib ki, Türkiyənin güclənməsi bölgədə bir çox ölkələri, o cümlədən Fransanı da narahat edir. Ona görə də bu məsələdən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar.

“Azərbaycan ictimai rəyində bu məsələ qınanılır, pislənilir. Fransanın özündə də məsələyə demək olar ki, birmənalı müansibət yoxdur. Bu həm də bölgədə sülhə zərbə və Ermənistana bəraət kimi qiymətləndirilə bilər. Belə qərarın qəbulu onlara ruh vermək deməkdir. Ümid edirik ki, bu məsələ Senatdan keçməyəcək və bu siyasət iflasa uğrayacaq”.

Deputat İqbal Ağazadə də “soyqrımı inkar edənlərin cəzalandırılması” adlı qanunun qəbulunu pisləyib və bildirib ki, bu antidemokratiya deməkdir. Onun sözlərinə görə həmin sənədin qəbulu  təkcə Türkiyə və Azərbaycan xalqına deyil, eyni zamanda Fransa xalqına qarşı atılmış bir addımdır.

Daha sonra çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova Türkiyə dövlətinə və vətəndaşlarına səslənib: “..deyirəm ki, Azərbaycan dövləti, parlamenti və cəmiyyəti sizin yanınızdadır. Üzümü Avropa ölkələrinə tutub deyirəm ki, bu qərar yalnız türklər, azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, demokratiyaya, söz azadlığına qarşı qəbul edilən bir addımdır. Belə çıxır ki, hər hansı Avropa ölkəsinin vətəndaşı da bu məsələ ilə razılaşmasa, o da cinayətə cəlb olunacaq. Bundan sonra Fransa hər hansı bir ölkədən söz azadlığı məsələsini necə tələb edəcək, necə o məsələlərlə bağlı öz fikrini bildirə biləcək?”.

Bahar Muradova bunu Fransanın uzağa hesablanmış addımı sayaraq bildirib ki, həmin sənədin qəbulu Türkiyənin Avropa Birliyinə gedən yolunun qarşısını almaq deməkdir.

“Xalqların yaxınlaşması məsələsi Avropa Birliyinin dəyərlərindəndir. Amma Fransa bu qərarı ilə həmin ənənələrə qarşı çıxdığını ortaya qoymuş olur”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR