Modern.az

İran  ABŞ-a nota verdi: Cavabsız qalmayacaq

İran  ABŞ-a nota verdi: Cavabsız qalmayacaq

8 Aprel 2019, 21:46

ABŞ-ın İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına rəsmi Tehrandan sərt reaksiya gəlib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bununla bağlı ABŞ-a rəsmən nota verib.

 

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Əli Nəcəfi Hoşrudi isə bildirib ki, bu qərardan dərhal sonra XİN başçısı Cavad Zərifin rəhbərliyi ilə toplantı keçirilib: “Elə həmin toplantıda Zərif qeyd edib ki, ABŞ-ın bu qərarı təhlükəlidir, cavabsız qalmayacaq və gərəkli addımlar atılacaq”.

 

Bu arada isə ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, bir həftə içində İran İnqilab Keşikçiləri Korpusuna qarşı yeni sanksiyaların tətbiqinə başlanılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var