Modern.az

ABŞ Məxfi Xidmətinə yeni rəhbər təyin olunur

ABŞ Məxfi Xidmətinə yeni rəhbər təyin olunur

8 Aprel 2019, 23:13

ABŞ prezidenti Donald Tramp Ceyms Mürreyi Məxfi Xidmətin rəhbəri təyin etmək istəyir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders açıqlama verib.

Onun sözlərinə görə, Mürrey yeni təyinatında öz səlahiyyətlərinin icrasına bu ilin may ayında başlaya biləcək.

Qeyd edək ki, bundan əvvəl D.Tramp Məxfi Xidmətin rəhbəri Rendolf Allesi vəzifəsindən kənarlaşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var