Böyük Britaniyanın ən böyük avtomobil istehsalçısı "Yaquar Land Rover" istehsalı dayandırıb.
Modern.az xəbər verir ki, şirkət rəhbərliyi bunu “Breksit” prosesi ətrafında yaranmış qeyri-müəyyənliklə əlaqələndirib.
Məlumata görə, şirkətin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Bu, Kast Bromviç və Volverhempton şəhərlərindəki zavodlara təsir edəcək.
Qeyd edək ki, “Breksit” prosesi başladıqdan indiyə qədər Britaniya istehsalı olan avtomobillərin satışları və bu sahəyə investisiya azalıb.