Modern.az

AKP-nin İstanbuldakı seçkilərlə bağlı yeni istəyi rədd edildi  

AKP-nin İstanbuldakı seçkilərlə bağlı yeni istəyi rədd edildi   

9 Aprel 2019, 09:17

Türkiyənin Ali Seçki Qurumu (YSK) aprelin 9-da hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulun 31 rayonunda bütün səslərin yenidən sayılması istəyini rədd edib.

Modern.az xəbər verir ki, bununla da AKP-nin Türkiyənin ən böyük şəhərində bələdiyyə seçkilərinin nəticələrini mübahisələndirmək cəhdi boşa çıxıb.

AKP-nin seçki şurasının nümayəndəsi Recep Özel YSK-nın iclasından sonra bildirib ki, seçki rəsmiləri İstanbulun 39 rayonundan yalnız 21-də və yalnız 52 seçki qutusundakı səslərin yenidən sayılmasına qərar verib.

Xatırladaq ki, Prezident ərdoğanın partiyası paytaxt Ankarada və İstanbulda bələdiyyə seçkisini müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) uduzub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var