Modern.az

İsraildə seçki günü – Netanyahunun taleyi həll olunur

İsraildə seçki günü – Netanyahunun taleyi həll olunur

9 Aprel 2019, 10:40

Bu gün İsraildə növbədənkənar parlament seçkiləri keçirilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə boyu 10 min seçki məntəqəsi açılıb və 6,3 milyon seçici qeydiyyata alınıb.

İsraildəki parlament seçkilərində 39 siyasi partiya iştirak edir.

Seçkiqabağı rəy sorğuları “Göy-ağ” (Kaxol-lavan) siyasi alyansının liderliyi göstərir. Bu alyans “Xosen le-İsrael” (İsrailin Dayanıqlılıq Partiyası), “Eş Atid” və “Telem” partiyalarının koalisiyasından formalaşıb.

 

“Göy-ağ” alyansına keçmiş Baş Qərargah rəisi Beni Qants və sabiq maliyyə naziri Yair Lapid başçılıq edir.

Benyamin Netanyahunun başçılıq etdiyi “Likud” partiyası isə opponentlərindən cüzi geri qalır və ikinci yerdə gedir.

 

“Likud”un opponentlərindən geri qalmasına rəğmən, partiyanın sağçı partiyalarla birləşərək Knessetdə çoxluğu ələ keçirə biləcəyi ehtimalı var.

 

  

  

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var