Modern.az

Sarkozi Ərdoğana cavab verdi

Sarkozi Ərdoğana cavab verdi

23 Dekabr 2011, 15:30

Fransa prezidenti Nolola Sarkozi “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun layihəsinin qəbulundan sonra ilk dəfə açıqlama verib.

Modern.az saytının məlumata görə, Nikola Sarkozi Türkiyəni dünən Fransa Milli Məclisində qəbul edilən qanun layihəsi ilə bağlı məsələdə dözümlü olmağa və qərarlara hörmət etməyə çağırıb.  

Fransanın AFR xəbər agentliyinin məlumatına görə, Sarkozi “mən türk dostlarımın fikirlərinə hörmətlə yanaşıram. Türkiyə çox böyük bir ölkə, böyük bir mədəniyyətdir. Onlar da bizim fikirlərimizə hörmətlə yanaşmalıdırlar” deyə bildirib.

Fransa prezidenti bu acıqlamanı Çexiyanın mərhum sabiq prezidenti Vatslav Havelin dəfn mərasimində verib.

Modern.az  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...