Türkiyə Yüksək Seçim Kurulu (YSK) İstanbuldakı mer seçkiləri ilə bağlı qərar çıxarıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda mer seçkiləri ilə bağlı verilən bütün səslərin təkrar sayılması tələbi rədd olunub.
Bunun əvəzində, yalnız 51 seçki qutusunda səslər sayılacaq. Hər qutuda 300-350 səsin olduğunu nəzərə aldıqda bunun ümumilikdə, 15 min səs olduğu deməkdir.
CHP-li Əkrəm İmaoğlu ilə AKP-li rəqibi Binəli Yıldırım arasında səs fərqinin 14 min olduğunu nəzərə aldıqda, bu faktiki olaraq, CHP-li namizədin İstanbulun yeni meri olduğu deməkdir.
AKP-nin YSK-dakı təmsilçisi Recep Özel şikayətlərini davam etdirəcəklərini bildirib.