Modern.az

“Fransadan ədalət gözləmək mümkün deyil”

“Fransadan ədalət gözləmək mümkün deyil”

Parlament

23 Dekabr 2011, 18:06

“Fransa Qarabağ məsələsində ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətdir. Ancaq Fransanın qondarma "erməni soyqırımı"nı parlament səviyyəsində qəbul etməsi onu göstərir ki, Qarabağ münaqişəsinin həllilə bağlı onlardan ədalət gözləmək düzgün deyil”.

Bu fikirləri Milli Məclisin bugünki iclasında deputat Məlahət İbrahimqızı səsləndirib.

M.İbrahimqızı deyib ki, bu gün Azərbaycanda tək deputatlar deyil, bütün ictimaiyyət Fransa parlamentinin bu qərarına qarşı kəskin etirazını ifadə edib: "Onu da deyim ki, bu ölkənin parlamentarilərinin cəmi 38-i həmin sənədə "hə" deyib. Hər halda, bu o deməkdir ki, məsələ bir oyundur. Avropanın güclü ölkələrindən biri açıq şəkildə Avropa dəyərlərinə qarşı gedir. Biz bunu hamılıqla pisləyirik. Hesab edirik ki, bu sənəd işğalçı Ermənistana stimil verir və beynəlxalq səviyyədə onun işğalçı obrazını dəyişməyə yönəlib".

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR