Modern.az

Telejurnalistlərə orden və medallar verildi

Telejurnalistlərə orden və medallar verildi

23 Dekabr 2011, 22:09

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə televiziya və radionun inkişafındakı xidmətlərinə görə təltif olunmuş İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşlarına orden və medallar təqdim edilib.

Şirkətin ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, mərasimdə iştirak edən Prezident Administrasiyasının ictimai siyasi məsələlər  şöbəsinin müdiri Əli Həsənov dövlət tərəfindən kütləvi informasiya vastələrinə hər zaman qayğı və diqqətin olduğunu və bu siyasətin davam edəcəyini deyib.  Ə.Həsənov Prezident Ilham Əliyev tərəfindən Azərbaycan televiziya və radiosunun inkişafında xidmət göstərən şəxslərin təltif olunmasını dövlətin diqqətinin təzahürü kimi dəyərləndirib.

İctimai televiziyanın fəaliyyət göstərdiyi 6 il müddətində böyük uğurlara imza atdığını deyən şöbə müdiri bu uğurların televiziyanın kollektivinin  böyük zəhməti hesabına  başa gəldiyini vurğulayıb. Şöbə müdiri qeyd edib ki, İctimai televiziya yarandığı gündən öz proqramlarında ictimai maraqları əsas tutub.

Qeyd edək ki, İctimai Teleradionun ümumilikdə 10 əməkdaşı orden, medal və fəxri adlarla təltif olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...