Modern.az

Eldar İbrahimov: "...öz gözündə tiri görməmək böyük faciədir"

Eldar İbrahimov: "...öz gözündə tiri görməmək böyük faciədir"

24 Dekabr 2011, 21:49

“Fransa parlamentarilərinin öz gözündə tiri görməməsi böyük faciədir. Çünki fransızların «Afrika soyqırım»ı heç kimin yadından çıxmayıb”. Bu sözləri Fransa parlamentində erməni “soyqırımı”nı qəbul etməyənlərə cəzanın verilməsi ilə bağlı qanunun qəbuluna münasibət bildirərkən Milli MəclisinAqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib:

”Bu gün digər dövlətlərə demokratiya dərsi keçən, insan hüquq və azadlıqlarını kobud şəkildə pozan Fransa parlamentarilərinin  öz gözündə tiri görməməsi böyük faciədir. Erməniləri dinləyib Türkiyəni eşitməyənlərin, faktlar və sənədlərlə sübuta yetirilən Xocalı soyqırımını qoyub, erməni uydurmasının bəhrəsi olan "erməni soyqırımı" barədə qərar verənlərin əməlləri bizim milli maraqlarımıza  ziddir! Bu ədalətsizliyi Azərbaycan xalqı özünə qarşı törədilən ədalətsiz və qərəzli addım kimi dəyərləndirir! Güc birlikdədir demişlər. Zamanın ağır sınaqlarından üzüağ çıxan Azərbaycan-Türkiyə qardaşlığı bütün məkrlərə və maneələrə üstün gələcəkdir”-deyə E.İbrahimov vurğulayıb.

Deputat bildirib ki, Fransanın bu mövqeyi Azərbaycanın Fransa ilə bütün sahələrdəki əlaqələrinə yenidən baxmağı, Minsk qrupunun həmsədri kimi ondan imtina etməyi vacib edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...