Modern.az

Ermənilərin sevimli fransız deputatına xoşagəlməz hadisə üz verdi

Ermənilərin sevimli fransız deputatına xoşagəlməz hadisə üz verdi

25 Dekabr 2011, 12:25

Qondarma ““erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması” qanununu hazırlayan fransız deputat Valerie Boyere xoşagəlməz hadisə üz verib. Modern.az saytı xəbər verir ki, türk hakerlər ermənilərin sevimli deputatının internet saytını dağıdıblar.

Sözdə “erməni soyqırımı”nı inkar edənlərə cəza nəzərdə tutan qanunun müəllifi əslən Əlcəzair əslli fransız deputat Valerie Boyerin www.valerie-boyer.fr adlı internet saytı türk hakerler tərfindən //www.grayhatz.co/fr.html adlı internet saytına istiqamətləndirilib.

Hakerlər saytda yazıblar: "O qədər düşüncə azadlığına hörmətli bir ölkəsiniz ki! ““Erməni soyqımı” adlı bir şey yoxdur” deyərək gerçəyi dilə gətirən kəslərin həbsə atılmasının yolunu açırsınız. O qədər ikiüzlü bir rəhbərliyiniz var ki, bizim üzümüzə qarşı başqa, digər ölkələrə qarşı başqa cür danışırsınız. Sizin məclisiniz əvvəl öz problemi olan Əlcəzairdə etdiyi insanlıq cinayəti - soyqırımını danışsın. Biz bilirik ki, Türkiyədə yaşayan ermənilər sizin ölkənizdə yaşayan və diaspordan nemətlənən ermənilərdən çox fərqlidirlər. Siz diaspor erməniləri... Dövlət arxivlərini açıb gerçəklərlə üzləşə bilməyəcək qədər qorxaqsınız. Siz fransızlar səs üçün gerçəkləri heçə sayan yazıqlarsınız”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...