Modern.az

Azərbaycanda 1 milyon 600 min üzvü olan təşkilat Fransa parlamentinə müraciət etdi

Azərbaycanda 1 milyon 600 min üzvü olan təşkilat Fransa parlamentinə müraciət etdi

25 Dekabr 2011, 13:32

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi Fransa Respublikasının Parlamentinə ünvanladığı müraciəti Fransa Ümuməmək (CGT), Fransa Demokratik Əmək (CFDT), Fransa Xristian İşçiləri (CFTC), Fransa İşçi Qüvvəsi (FO) və Fransa Dövlət İşçiləri (SFE) Konfederasiyalarına göndərib. Modern.az-ın məlumatına görə, müraciətdə bildirilib:

- Hörmətli həmkarlar,

1 milyon 600 mindən çox həmkarlar ittifaqı üzvlərini birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun İcraiyyə Komitəsi qondarma «erməni soyqırımı» inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsinin Fransa Parlamentinin aşağı palatasında yenidən müzakirəyə çıxarılması və qəbul olunması bizdə narahatçılıq və təəssüf doğurmuşdur.

Təəssüf doğuran məsələ ondadır ki, Fransa Parlamenti Ermənistan Azərbaycan ərazilərinin 20 faizinin işğalına, Xocalı kimi dəhşətli soyqırıma münasibət belə bildirmədiyi halda, yüz il bundan əvvəl uydurulmuş «soyqırım»ı inkar edənlərə cəza tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Yaxşı olardı ki, parlamentin aşağı palatası Xocalı soyqırımı zamanı insanların etnik mənsubiyyətinə görə öldürülməsini pisləyən Meksika Konqresinin deputatlar palatasının bu yaxınlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma müddəalarından ibarət qəbul etdiyi qərardan nümunə götürərdilər. Bəllidir ki, qaldırılan qondarma «erməni soyqırımı» siyasilikdən çıxaraq, «siyasi spekulyasiyaya» çevrilmişdir. Bu cür məsələlər siyasətçilər tərəfindən deyil, tarixçilər səviyyəsində həll olunmalıdır.

İnsanların söz fikir azadlığına, düşüncələrinə qarşı yönələn belə bir qanunun qəbul edilməsi Fransanın demokratik və dünyəvi ölkə olmasını şübhə altına alır.

Hesab edirik ki, Fransa parlamentinin aşağı palatasının qəbul etdiyi bu bu qanun Fransa və Azərbaycan xalqları arasındakı yaranmış çoxillik dostluq münasibətlərinə kölgə sala bilər.

Hörmətli həmkarlar,

Biz ölkələr və xalqlar arasındakı qarşılıqlı inama, dostluq münaibətlərinə zərər verə biləcək bu qanunun qəbul edilməsinə öz etirazımızı bildirir və ümid edirik ki, söz azadlığını, insan hüquqlarının beşiyi olan Avropaya utanc gətirə biləcək belə bir qanunun Fransa senatında qəbul edilməsinə   imkan verilməyəcəkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...