Modern.az

Dövlət qurumu saytlarının monitorinqi aparılıb

Dövlət qurumu saytlarının monitorinqi aparılıb

25 Dekabr 2011, 20:26

Sabah Media Hüququ İnstitutu 67 dövlət qurumunun internet saytı ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayacaq.

Bura əsasən Vergilər Nazirliyi, Dövlət Neft Fondu, Mərkəzi Bank, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Korrupsiyaya qarşı  Mübarizə üzrə Komissiya, Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Tarif Şurası, Əmlak Məsələləri üzrə Dövlət Komitəs, Baş Dövlət  Yol Polis İdarəsi, Milli TV-Radio Şurası, “BakıElektrikşəbəkə” ASC, Müəllif Hüquqları Agentliyi, Audotorlar Palatası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Hava Yolları Dövlət Konserni, “Dəmir Yolları” QSC, Dövlət Reyestr Xidməti, Meliorasiya və Su Təsərrüfatı, Ali Attestasiya Komissiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Sənaye və Energetika Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Bakı Metropoliteni İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Prezident Adminstrasiyaı, Baş Dövlət Tikinti Müfəttişliyi, Bash Prokurorluq, Hesablama Palatası, Dövlət Torpaq Və Xəritəçəkmə Komitəsi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Məclis, Nəqliyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Kənd Təsərrüfati Nazirliyi, Dövlət Neft Şirkəti, Bakı şəhər Baş Polis İdarəsi, “Azərsu” ASC, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi, Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Müdafiə Sənayesi Nazirliyi, Nazirlər Kabineti, Məhkəmə-Hüquq Şurası, Mərkəzi Seçki Komissiyası, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi,  Dövlət Xidməti, Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, AZƏRPOÇT, Sahibkarlığa Kömək Milli Fondu, Dövlət Dəniz Administrasiyası, Azərbaycan Televiziya və Radio Yayımları QSC, Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası və s. daxildir.

Media Hüququ İnstitutu 2007-ci ildən başlayaraq dövlət qurumlarının internet saytlarını monitorinq edir. Son monitorinqin nəticələri Ümumdünya Bilgi AzadlığıGünündə - 17 May 2011-ci ildə açıqlanıb. Həmin monitorinqin nəticələrinə görə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya,  Baş Prokurorluq,Vergilər Nazirliyi, Hesablama Palatası,Əmlak Məsələləri üzrə Dövlət Komitəs, Dövlət Sosial Müdafiə Fondu, RİTN, Dövlət Miqrasiya Xidməti,  Məhkəmə-HüquqŞurası və İqtisadi İnkişaf Nazirliyinin internet saytaları 10 ən məzmunlu sayt élan edilib.

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...