Modern.az

Litva Rusiyadakı səfirini geri çağırdı

Litva Rusiyadakı səfirini geri çağırdı

Dünya

12 Aprel 2019, 20:20

Litvanın Rusiyadakı səfiri Ryamiqiyus Motuzas geri çağırılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

“Səfirimiz ötən gün məsləhətləşmələr üçün geri çağırılıb”, - XİN-dən bildirilib.

 

Litva XİN səbəb kimi səfir və səfirlik əməkdaşlarının ünvanına təhdid xarakterli elektron məktubların daxil olmasını göstərib.

 

Səfirin bir həftə müddətinə geri çağırıldığı qeyd olunur.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək