Modern.az

Dekabrın 30-da Milli Məclisin son iclası keçiriləcək

Dekabrın 30-da Milli Məclisin son iclası keçiriləcək

Parlament

26 Dekabr 2011, 13:44

Milli Məclisin payız sessiyasının son iclası  dekabrın 30-da keçiriləcək. Bu barədə Modern.az saytına açıqlama verən deputat Zahid Oruc bildirib ki, gündəliyə 15-ə qədər məsələ daxil olub. O qeyd edib ki, müzakirə olunacaq məsələlərin böyük əksəriyyətini müxtəlif konvensiyalar və müqvilələr təşkil edir.

“Bu xüsusda, Gürcüstanla Azərbaycan höküməti arasında məxfi məlumatların mübadiləsi, sərmayələrin qarşılıqlı stimullaşdırılması ilə bağlı Azərbaycanla Türkiyə arasındakı münasibətlər, Qazaxstanla Azərbaycan arasında birgə bəyannamənin təsdiqi və s. bu cür sənədlər, o cümlədən “Sosial xidmət haqqında” Qanun III oxunuşu, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun layihəsinə dəyişiklər, “Dövlət rüsumu” ilə bağlı Qanun layihəsinə dəyişiklər, o cümlədən Mülki Məcəlləyə dəyişiklər və nəhayət  Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə bağlı Milli Məclisinin müraciətinin təsdiq olunması layihəsi gündəliyə daxil olan məsələlər sırasındadır”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım