Modern.az

Hələbdə törədilən terrorda 11 nəfər öldü

Hələbdə törədilən terrorda 11 nəfər öldü

Dünya

15 Aprel 2019, 00:21

Hələbdə baş verən terrorda 11 nəfər ölüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Əl-Xalidiyyə rayonunda terrorçuların açdığı atəş 11 nəfərin həyatına son qoyub.

 

Məlumatına görə, minomyot mərmiləri rayonun Nil küçəsində bazarda düşüb.

 

Polisin məlumatına görə, hadisə nəticəsində daha 11 nəfər yaralanıb.

 

Qeyd edək ki, Hələbin qərb hissəsində yerləşən silahlı dəstələri mütəmadi olaraq şəhərin yaşayış məhəllələrini əldəqayırma raket və minaatanlarla atəşə tutur.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək