“Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru, “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayevlə onun jurnalist dostu Natiq Cavadlının yolları ayrılıb.
Natiq Cavadlı bu məlumatı Modern.az saytına açıqlamasında təsdiqləyib.
N.Cavadlının sözlərinə görə, o jurnalist kimi fəaliyyət göstərmək istəyir. “Bəli, artıq Eynulla ilə birgə işləmirəm. Mən jurnalistəm, bundan sonra da jurnalist kimi fəaliyyət göstərmək istəyirəm”-deyə Natiq Cavadlı bildirib
Eynulla Fətullayevlə iş birliyinin pozulmasının səbəbinə gəlincə, N.Cavadlə “hec bir səbəb yoxdur, sadıcə olaraq işləyə bilmədim. Bu iş mənə uyğun iş deyildi”-deyə qeyd edib.
Qeyd edək ki, tanınmış jurnalist Natiq Cavadlı Eynulla Fətullayevin sədri olduğu “İnsan Haqları Uğrunda” İctimai Birliyində ictimaiyyətlə əlaqələrə məsul idi. E.Fətullayev həbsdə olduğu müddətdə onu ən çox müdafiə edən dostları arasında Natiq Cavadlı da var idi.
“Gündəlik Azərbaycan" qəzetinin uzun müddət həbsdə yatan təsisçisi və baş redaktoru Eynulla Fətullayev bu il mayın 26-da Prezident tərəfindən əfv olunub. Azadlığa çıxandan sonar o, jurnalistuika ilə deyil, “İnsan Haqları Uğrunda” İctimai Birlik yaradaraq hüquq müdafiəçiliyilə məşğul olmağa başlayıb. Ədliyyə Nazirliyi Eynulla Fətullayevin “İnsan Haqları Uğrunda” İctimai Birliyini bu ilin noyabrında rəsmən qeydiyyata alıb.
Son vaxtlar E.Fətullayevin vaxtilə onunla eyni qəzetdə çalışan digər tanınmış jurnalist Şahvələd Çobanoğlunun da münasibətləri pozulub.
Sədaqət Süleymanova