Modern.az

AXCP fəalı Cabbar Savalanlı türmədən evə buraxılıb

AXCP fəalı Cabbar Savalanlı türmədən evə buraxılıb

27 Dekabr 2011, 09:48

Dekabrın 26-da Prezident İlham Əliyev  92 məhkumun əfv olunması haqqında sərəncam imzalayıb. Dekabrın 27-si səhər tezdən sərəncamın icrasına başlanılıb.

Sərəncamda 75 məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 1 şəxs şərti cəzadan, 2 nəfər islah işləri cəzasından, 14 şəxs isə cərimə cəzasından azad edilib.

Siyahıda AXCP gənclər təşkilatının fəalı Cabbar Savalanlının da adı var. Bu il mayın 4-də Sumqayıt şəhər Məhkəməsi Cabbar Savalanlını 2 il yarım müddətinə azadlıqdan məhrum edib. O qanunsuz narkotik maddə saxlamaqda ittiham olunub.  
Cabbar Savalanlı dünən gecə evə buraxılıb.


Modern.az

 

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...