Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) toyuq
qrili satışı yerlərində yoxlamalar aparmağa hazırlaşır. Modern.az-ın məlumatına görə, bu barədə mərkəzin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, hazırda həmin sahədə böyük problemlər yaşanır. “Bu gün əksər mağazaların, hətta meyvə-tərəvəz, sənaye malları mağazalarının
önündə də qril satırlar. Maraqlıdır, ərzaq satan mağaza qrili necə hazırlaya bilər? Onun həmin mağazada istehsal sexi yoxdur”-dey. İ.Abdullayev bildirib.
Şöbə müdirinin sözlərinə görə, qril hazırlanması üçün toyuq buzdan açılmalı, yuyulmalı, təmizlənməlidir. Bu prosesləri həyata
keçirmək üçün xüsusi sex lazımdır. Ərzaq satışı ilə məşğul olan hər bir müəssisənin öz profili var və o öz profilinə uyğun işləməlidir: “Bəzən kiçik bir müəssisədə həm çörək bişirirlər, həm
qutab hazırlayırlar, həm dönər, qril satırlar və s. Pul qazanmaq xətrinə insanların sağlamlığını təhlükə altında qoymaq olmaz”. İ .Abdullayevin sözlərinə görə, qril hazırlanan aparatlar bir çox hallarda təmizlənmir. Bu da gigiyenik baxımdan ciddi təhlükədir.
Bütün bunları nəzərə alan RGEM qril hazırlanması və satışı yerlərində yoxlamalar aparacaq.