Modern.az

Bu il Bakıda cərimələnən sürücülərin statistikası açıqlanıb

Bu il Bakıda cərimələnən sürücülərin statistikası açıqlanıb

27 Dekabr 2011, 16:30

“2011-ci ilin yanvarın 1-dən bu günə qədər Bakı şəhərində 334 min 370 nəqliyyat hadisəsi baş verib”. Bu sözləri Modern.az saytına açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov deyib.  O, eyni zamanda polis tərəfindən sərxoş halda 3955 sürücünün saxlandığını qeyd edib.

“Bundan əlavə, 2011-ci ildə 2095 sürücü qəza vəziyyəti törədib, 1476 sürücü qırmızı işıqdan keçib, 13344 sürücü isə digər avtomibili ötən zaman qanun pozuntusuna yol verib. Yolda avtoxuliqanlıq etdiyinə görə 313 sürücü saxlanılıb. Yol ayrıcında yol hərəkəti qaydalarını pozan 42448 nəfər olub. Avtomobili yüksək sürətlə idarə etdiyi üçün 4492 nəfər, maşında qanunda nəzərdə tutulmayan yerlərdə pərdə asılması ilə bağlı 9979 nəfər saxlanılıb. Dayanma-durma qaydalarını pozan 1776 sürücü saxlanılıb”.

Vaqif Əsədov bildirib ki, 2011-ci il ərzində nə qədər maşının evuaksiya olunması və müvəqqəti saxlanma yerinə göndərilməsi ilə bağlı onda məlumat yoxdur. Onun sözlərinə görə, bu məsələni xüsusi tağımlar həyata keçirir.
“Bu tağımın missiyası yollarda tıxacların və avtomobillərin qanundankənar yerdə saxlanmasının qarşısının alınmasından ibarətdir. Xüsusi tağımlar həmin avtomobilləri evakuasiya edərək müvvəqqəti saxlanma duracağına aparırlar”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...