Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti iki aydan bir dərc olunan korporativ nəşrinin - “055” jurnalının üçüncü buraxılışını təqdim edib. Müştərilərin məlumatlılığının artırılması kampaniyasının bir hissəsi olan “055” dünya mobil telekommunikasiya bazarından son trendləri və xəbərləri, eləcə də Bakcell şirkətinin fəaliyyətini, yeni məhsul və xidmətlərini işıqlandırır.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış vacib nəşrlərdən biri olan və 100 000 tirajla dərc edilən «055»jurnalı bütün mobil telefon istifadəçilərini mobil telekommunikasiyalar və informasiya texnologiyaları sahəsindəki yeniliklərlə tanış edir. Jurnalın üçüncü buraxılışından ən son smartfonlar, 4 ən maraqlı qadjet və planşetlər, ən məşhur ultrabuklar, 3G xidmətinin imkanları barədə məlumat əldə etmək olar. “055” jurnalı oxuculara həmçinin sual-cavabda iştirak etmək və Samsung Galaxy PRO telefonu qazanmaq imkanı verir.
Bakcell şirkəti“ Gənclərin Fəaliyyətinə Dəstək Mərkəzi”nin könüllülərinin dəstəyi ilə Bakının mərkəzində “055” jurnalının yayımını həyata keçirib. Jurnalı eyni zamanda Bakıda və rayonlarda yerləşən bütün Bakcell ticarət nişanlı satış və xidmət nöqtələrindən pulsuz əldə etmək olar.
Hamınızı “055” jurnalını oxumağa və mobil telekommunikasiya dünyasına daha yaxın olmağa dəvət edirik! Jurnalın elektron versiyası //www.bakcell.com/az/055 internet səhifəsində yerləşdirilib.
Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.