Modern.az

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü danışdı

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü danışdı

Parlament

28 Dekabr 2011, 10:47

«Fransa Milli Assambleyasında qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsinin qəbulu nə ədalət prinsiplərinə, nə də insan hüquq və azadlıqlarına uyğundur». Bu fikri hakim partiyanın saytına Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, bu qərar demokratiyanın əsasını təşkil edən söz və ifadə azadlığı prinsiplərinə ziddir. O hesab edir ki, bu məsələ demokratiya baxımından da düzgün deyil. Onun fikrincə, həmin sənədin qəbul olunması, əslində, bu gün Fransanın özünün demokratik bir dövlət, cəmiyyət kimi imicinə mənfi təsir göstərir və eyni zamanda, fikir azadlığının, mövqe azadlığının həddindən artıq məhdudlaşması deməkdir: “Ölkəmizin rəsmi şəxslərinin bildirdiyi kimi, Fransa parlamentinin qərarı münasibətlərimizə şübhəsiz ki, təsir edə bilər. Hələlik bu, Fransa parlamentinin bir palatasında qəbul edilən qərardır. Fransa yüz il əvvəl baş verən məsələlərlə məşğul olursa, o zaman Azərbaycanın işğal olunmuş əraziləri, Xocalı soyqırımı və 1 milyon qaçqın və məcburi köçkünün məsələsinə də münasibətini bildirməlidir. Fransa senatının qəbul etdiyi bu qərar problemdən başqa yeni heç nə gətirməyəcək".

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım