Modern.az

Salyandakı ağır qəzada 1 nəfər öldü

Salyandakı ağır qəzada 1 nəfər öldü

21 Aprel 2019, 22:17

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az ”Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan şəhər sakini, 1973-cü il təvəllüdlü Nəcəfov Elsevər Nəcəfalı oğlu idarə etdiyi ”Lada” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb. E.Nəcəfovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon Şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək