Modern.az

Milli QHT Forumu bəyanat verib

Milli QHT Forumu bəyanat verib

Qarabağ

28 Dekabr 2011, 15:03

Azərbaycan Milli QHT Forumu Fransa Milli Assambleyasında qəbul edilən “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunla əlaqədar bəyanat verib.

Bəyanatda bildirilib ki, heç bir tarixi fakta əsaslanmayan bu qərar yalnız Türkiyəyə deyil, türk xalqına qarşı, öz mahiyyətsizliyi etibarı ilə insanlığa, tolerantlıq, birgəyaşayış, beynəlxalq hüquq normalarına və digər dünyəvi dəyərlərə qarşı yönəlmiş yanlış bir siyasi hadisədir.

“Azərbaycan Milli QHT Forumu belə hesab edir ki, bu, eyni zamanda fransız xalqına, köklü fransız mədəniyyətinə qarşı atılmış addımdır və bu yanlış addım Fransa demokratiya ənənələrinə qara ləkə kimi tarixə düşəcək.

Azərbaycan torpaqlarının 20%-dən çoxunu işğal edən, 1 milyondan artıq mülki əhalini öz doğma torpaqlarından zorla çıxararaq didərgin salan, Xocalı soyqırımını törədən, işğala məruz qalan ərazilərdə mədəniyyət abidələrinə, məzarlıqlara qarşı vandalizm aktı həyata keçirən Ermənistana hərtərəfli dəstək verən Fransanın, onun parlamentinin bu addımı göstərdi ki, bu dövlətin  bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədri statusunu daşımağa mənəvi haqqı yoxdur.

Biz sıralarında 600-ə qədər QHT-ni  birləşdirən Milli QHT Forumu olaraq, Fransa Milli Assambleyasının aşağı palatasının bu qərarını tam əsassız, qərəzli hesab edir, onu hüquqa və məntiqə əsaslanmayan, demokratik ənənələrdən və dəyərlərdən uzaq siyasi aksiya sayırıq. Bütün bu deyilənləri nəzərə alaraq Fransanın  ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını məqsəduyğun hesab edirik”-deyə bəyanatda vurğulanıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu