Dekabrın 29-da “Xəmsə” restoranında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, mərasimdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə təqdim olunan 76 yazınının içərisində münsiflər heyəti 20 məqaləni qalib seçib. V.Səfərlinib sözlərinə görə, fəaliyyət göstərdiyi 3 ildə Fondun özünün və digər dövlət qurumları ilə birgə keçirdiyi müsabiqələrdə 350 jurnalistə qalib kimi mükafat verili.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov media nümayəndələrini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edib. Ə.Həsənov bu cür müsabiqələri jurnalistlərin peşəkarlığının artırılması, söz və mətbuat azadlığının təmin olunması sahəsində mühüm addım kimi qiymətləndiririb.
Jurnalistlərə xitab edən şöbə müdiri “cəmiyyət dünyaya sizin yazılırınızla baxır” deyərək qələm həlini obyektivliyə səsləyib.
Azərbaycan dövlətinin KİV-lərə, jurnalistlərə göstərdiyi qayğıdan danışan Əli Həsənov bildidrib ki, son illər bu istiqamətdə atılan addımların sayı çoxalıb. O, evsiz KİV nümayəndələri üçün dövlət hesabəna yaşayış binasının tikintisini də belə tədbirlər sırasına aid edib. Ə.Həsənov deyib ki, 2013-cü ilin avqustunda 154 evsiz jurnalistə pulsuz mənzillər veriləcək.
”525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də ölkədə azad sözə, jurnalistlərə yaradılan şəraitdən söz açıb, dövlət başçısı İlham Əliyevin bu sahəyə qayğısını yüksək qiymətləndirib.
Daha sonra qalib jurnalistlər mükafatlandırılıb. Tədbir sənətçilərin çıxışları ilə başa çatıb.
Modern.az