Dekabrın 30-da Milli Məclis Fransa Senatına müraciət qəbul edib. Modern.az saytının məlumatına görə, müraciətdə Senat qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması” qanununu təsdiqləməməyə çağırılıb.
Müraciətə Milli Məclisin 111 deputatı səs verib.
Sənədi parlament tribunasından deputat Sahibə Qafarova səsləndirib.
Qeyd edək ki, müraciəti Mübariz Qurbanlı, Əli Hüseynli, Rövşən Rzayev, Çingiz Qənizadə, Sahibə Qafarova, Vahid Əhmədovun daxil olduğu komissiya hazırlayıb.
Modern.az