Modern.az

İspaniyadakı seçkilərdə 1 nəfər öldü

İspaniyadakı seçkilərdə 1 nəfər öldü

Dünya

28 Aprel 2019, 22:58

İspaniyada keçirilən növbədənkənar parlament seçkilər zamanı bir nəfərər ölüb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, San Sebastyan şəhərində yerləşən seçki məntəqəsində bir nəfər dünyasını dəyişib. Həmin adam ürək tutmasından ölüb. Hadisə yerinə gələn həkim xəstəni xilas edə bilməyib.

 

Bu seçkilər İspaniyada son üç il ərzində keçirilən dördüncü seçkilərdir.

 

Seçkilərdə sosialistlərin rəqibləri liberal "Vətəndaş partiyası", sol partiya "Podemos", ultra-sağ partiya "Voks" və sağ mərkəzçi "Xalq partiyası"dır.

 

Qeyd edək ki, seçkilər yerli vaxtla 09:00-da başlayıb və saat 20:00-dək davam edəcək. Nəticələrin mayın 13-də elan olunacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək