Modern.az

Silah bazarında trilyonlarla dollar xərclənir – Dünya sürətlə SİLAHLANIR

Silah bazarında trilyonlarla dollar xərclənir – Dünya sürətlə SİLAHLANIR

Dünya

29 Aprel 2019, 11:41

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2018-ci il üzrə dünyanın hərbi xərclərinə dair hesabat dərc edib.

 

Modern.az xəbər verir ki, ötən il dünyada silah satışına 1,6 trilyon dollar vəsait xərclənib.

Bu, 2017-ci illə müqayisədə 2,6% çoxdur. Hərbi xərclərin 60%-i ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransanın payına düşür.

 

Hərbi xərclərini 2017-ci illə müqayisədə 24% artıran Türkiyə isə bu göstəriciyə görə dünyada ilk “beşliyə” düşüb. Hərbi xərcini kəskin artıran ölkələr Burkino-Faso (312 milyon dollar – 52%) və Yamayka (208 milyon dolar – 40%) olub.

Rusiya hərbi büdcəsini 3,5% azaldaraq 61,4 milyard dollar xərcləyib.

 

Hərbi sahəyə ən çox pul xərcləyən ölkələrin lideri sırasına ABŞ (649 milyard dollar), Çin (250 milyard dollar) və Səudiyyə Ərəbistan (67 milyard dollar) daxildir.

 

 

 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək