Modern.az

“Fransa Senatı ya parlamentin aşağı palatasının qərarını ləğv etməlidir, ya da Fransa Minsk Qrupu həmsədrliyindən getməlidir”

“Fransa Senatı ya parlamentin aşağı palatasının qərarını ləğv etməlidir, ya da Fransa Minsk Qrupu həmsədrliyindən getməlidir”

Parlament

30 Dekabr 2011, 16:29

“Fransa Senatına göndərdiyimiz müraciətdə açıq və birmənalı şəkildə qeyd etməliyik ki, ya Senat Fransa Parlamentinin aşağı palatasının qərarını ləğv etməlidir, ya da Fransa ATƏT-in Minsk Qrupu həmsədrliyindən getməlidir”.

Modern.az-ın məlumatına görə, bu sözləri millət vəkili Qənirə Paşayeva dekabrın 30-da Milli Məclisdəki çıxışı zamanı deyib.

Millət vəkili qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı Fransa Parlamentinin aşağı palatasının qəbul etdiyi qanundan sonra  Fransanın ATƏT-in Minsk qrupunda həmsədrliyi məsələsinə baxılmalı olduğunu deyib.

“Son günlər Azərbaycan cəmiyyətində yaşanan narahatçılıq göstərir ki, Fransa parlamentinin “erməni soyqırımını” inkara görə cəza qanunundan sonra bu ölkənin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair  Minsk qrupunda həmsədr kimi ədalətli və obyektiv fəaliyyət göstərməsinə inam yoxdur.

Azərbaycanda artıq elə bir insan yoxdur ki, Fransadan bu məsələdə ədalətli mövqe gözləsin. Bu müraciətdə birmənalı olaraq göstərməliyik ki, əgər Senat qanunu qəbul etsə və Fransa prezidenti tərəfindən təsdiqlənsə, bu ölkə artıq həmsədr kimi fəaliyyətini davam etdirə bilməz”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım