Modern.az

9 qəzetin hər biri 50 min AZN qazandı

9 qəzetin hər biri 50 min AZN qazandı

31 Dekabr 2011, 00:36

Dekabrın 30-da Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurası sədrinin müavini Vüqar Rəhimzadə iclasın gündəliyində 2012-ci ilin I yarımili üçün KİV layihələrinin maliyyələşdirilməsilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi məsələsinin dayandığını bildirib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Müşahidə Şurasının 2011-ci il 5 dekabr tarixli qərarı ilə müsabiqənin şərtlərində müəyyən dəyişikliklərin edildiyini xatırladıb.

Fondun icraçı direktoru bildirib ki, bu dəyişikliklərlə maliyyə yardımının ayrılması üçün qəzetlərin tirajının 1500-dən 2000-ə, gündəlik yayımının 500-dən 750-ə qaldırılması şərti irəli sürülmüşdür. Həmçinin bildirmişdir ki, dekabrın 6-dan 29-dək Fonda 31 qəzet layihə təklifi ilə müraciət edib.

Vüqar Səfərli Fondun ekspertlərinin 2011-ci ilin II yarımilində apardıqları monitorinqlərin nəticələrinə əsasən, maliyyə vəsaiti ayrılmış bəzi qəzetlərdə müqavilə şərtlərinin pozulduğunu konkret faktlar əsasında Müşahidə Şurası üzvlərinin diqqətinə çatdırıb.

Sonra layihə təklifləri Fondun Müşahidə Şurasının müzakirəsinə çıxarıllb. Müşahidə Şurasının üzvləri qəzetlərə maliyyə vəsaitinin ayrılması zamanı onların bundan əvvəl layihələrin icrasında yol verdikləri ciddi nöqsan və qüsurların nəzərə alınmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, Fondun xəbərdarlıqlarına baxmayaraq belə qüsur və çatışmazlıqları aradan qaldırmayan qəzetlərə qarşı gələcəkdə sərt sanksiyaların tətbiqi ilə bağlı təkliflər səsləndirilib.

Müzakirələrin yekunu olaraq son 1 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 750 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlərə maliyyə yardımının ayrılması qırara alınıb. Maliyyə vəsaitlərinin ayrılması zamanı bəzi qəzetlərin yol verdiyi nöqsan və qüsurlar nəzərə alınıb.

Müzakirələrdən sonra Müşahidə Şurasının üzvləri Fondla imzaladığı müqavilənin şərtlərinə əməl edən 28 qəzetə maliyyə yardımının ayrılması ilə bağlı qərar qəbul ediblər.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2012-ci ilin I yarısında aşağıdakı qəzetlərə maliyyə yardımı ayırıb.

 

 

 

              

 

    Qəzetin adı

 

 AYRILACAQ  

    MƏBLƏĞ

 

 1.

 

“Yeni Azərbaycan” qəzeti

 

   50 000

 

 2.

 

“Səs”                    qəzeti

 

 

50 000

 

 3.

 

“Kaspi”                  qəzeti

 

 

50 000

 

 4.

 

“Mövqe”                 qəzeti

 

 

50 000

 

 5.

 

“Ədalət”                 qəzeti

 

    50 000

 

 6.

 

“Ayna-Zerkalo”      qəzeti

 

    50 000

 

 7.

 

“525-ci”                   qəzet

 

    50 000

 

 8.

 

“Bakı-Xəbər”          qəzeti

 

    50 000

 

 9.

 

“Yeni Müsavat”      qəzeti

 

    50 000

 

 10.

 

“Olaylar”                 qəzeti

 

    40 000

 

 11.

 

“Paritet”                  qəzeti

 

    30 000

 

 12.

 

“Palitra”                  qəzeti

 

    30 000

 

 13.

 

“Azadlıq”                qəzeti

 

    30 000

 

 14.

 

“Paralel”                 qəzeti

 

    30 000

 

 15.

 

“Həftə İçi”              qəzeti

 

    30 000

 

 16.

 

“Azad Azərbaycan” qəzeti

 

    30 000

 

 17.

 

“Şərq”                     qəzeti

 

    30 000

  

 18.

 

“Xalq Cəbhəsi”       qəzeti

 

    30 000

 

 19.

 

“Futbol+Qol”         qəzeti

 

    30 000

 

 20.

 

“Üç Nöqtə”             qəzeti

 

    20 000

 

 21.

 

“Novoye Vremya” qəzeti

 

   20 000

 

 22.

 

“Olimpiya Dünyası”qəzeti

 

 15 000

 

 23 .

 

“Oxu Məni”            qəzeti

 

 10 000

 

 24.

 

“Azernews”             qəzeti

 

    10 000

 

 25.

 

“Reytinq”                qəzeti

 

    8 000

 

 26.

 

“İqtisadiyyat”          qəzeti

 

      5 000

 

 27.

 

“Təhsil Problemləri” qəzeti

 

      5 000

 

 28.

 

“The Business Times” qəzeti

 

      5 000

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi