Modern.az

Portuqaliya futbolunda gülməli hadisə - Hakim tualetə qaçdı

Portuqaliya futbolunda gülməli hadisə - Hakim tualetə qaçdı

Aktual

1 May 2019, 08:49

Portuqaliya çempionatında “Çaves” - “Nasional” arasında keçirilən oyunda futbol meydanlarında rast gəlinməyən hadisə baş verib. 

 

Modern.az xəbər verir ki, 56-cı dəqiqədə baş hakim Luiş Qodino gözlənilmədən oyunu dayandırıb. Bundan sonra laysman Jorje Krus paltardəyişmə otağına tərəf qaçıb. Baş hakim komanda üzvlərinə məsələni gülərək izah edib. O laysmanın tualetə getdiyi üçün oyunu saxlamağa məcbur olduğunu bildirib. 

 

Qeyd edək ki, oyun 2 dəqiqəlik fasilədən sonra davam etdirilib. 

 

 Novruz NOVRUZLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI