Deputatlar Azərbaycanda yaxşı maaş alanlar sırasına daxildirlər. Modern.az saytının məlumatına görə, hazırda Azərbaycan Respublikası Milli Məclisinin sıravi deputatı ayda təxminən 1365 manat (1750 $) məvacib alır. Ölkə reallığını nəzərə alsaq, bu, çox yaxşı maaş sayılmalıdır. Baxmayaraq ki, millət vəkilləri daim maaşlarının azlığından şikayətlənir və onun qaldırılmasını istəyirlər...
Maraqlıdır, xarici ölkələrdə deputatlar nə qədər maaş alırlar? Modern.az saytı bəzi ölkələrdə deputatlara verilən maaşların məbləğini dəqiqləşdirməyə çalışıb. Beləliklə:
Norveç
Adam başına düşən milli gəlir – 84538 $
Millət vəkilinin aylıq maaşı – 7500 $
Danimarka
Adam başına düşən milli gəlir – 55890 $
Millət vəkilinin aylıq maaşı – 5000 $
İsveç
Adam başına düşən milli gəlir – 48935 $
Millət vəkilinin aylıq maaşı – 4200 $
Hollandiya
Adam başına düşən milli gelir($): 46914
Millət vəkili aylıq maaşı($): 5660
Avstriya
Adam başına düşən milli gəlir – 45209 $
Millət vəkilinin aylıq maaşı – 8100 $
Belçika
Adam başına düşən milli gəlir – 43144 $
Millət vəkilinin aylıq maaşı – 5064 $
Fransa
Adam başına düşən milli gəlir – 39460 $
Millət vəkilinin aylıq maaşı – 4648 $
İngiltərə
Adam başına düşən milli gəlir – 36144 $
Millət vəkilinin aylıq maaşı – 6200 $
İtaliya
Adam başına düşən milli gelir($): 33916
Millət vəkili aylıq maaşı($): 9150
İspaniya
Adam başına düşən milli gəlir – 30514 $
Millət vəkilinin aylıq maaşı – 3813 $
Çexiya
Adam başına düşən milli gəlir – 18245 $
Millət vəkilinin aylıq maaşı – 1900 $
Polşa
Adam başına düşən milli gəlir – 12293 $
Millət vəkilinin aylıq maaşı – 1893 $
Türkiyə
Adam başına düşən milli gəlir – 13464 $
Millət vəkilinin aylıq maaşı – 5920 $
Azərbaycan
Adam başına düşən milli gəlir - 10033 $
Millət vəkilinin aylıq maaşı – 1750 $
Ukrayna
Adam başına düşən milli gəlir - 6 712 $
Millət vəkilin aylı maaşı - 1900 $