Modern.az

Qənirə Paşayeva ilə bağlı xoşagəlməz hadisəyə aydınlıq gətirilib

Qənirə Paşayeva ilə bağlı xoşagəlməz hadisəyə aydınlıq gətirilib

2 Yanvar 2012, 14:08

Millət vəkili Qənirə Paşayevanın köməkçisi Firuzə xanım facebook sosial şəbəkəsində deputat barədə yayılan məlumatlara aydınlıq gətirib. Modern.az onun açıqlamasını təqdim edir:

”Bəzi insanların sosial şəbəkə səhifəsində millət vəkili Qənirə Paşayevanın bu gün bir toplantıda huşunu itirərək yıxılması, özünə gələ bilməməsi və ölümcül vəziyyətdə olması barədə yazdıqlarını ailəsi və yaxınları olaraq üzüntü ilə qarşıladıq. Doğrudur bu gün gündüz saatlarında Qənirə xanım bir tədbir zamanı hüşünü itirib amma onun ölümcül vəziyyətdə olması, ağır xəstə olması xəbərləri doğru deyil... Həkimlər Qənirə xanımın səhəttində yaranmış problemin səbəbinin aşırı yorgunluq, gərginlik, yuxusuzluq olduğunu deyirlər. Üstəlik Qənirə xanım ötən gün cəbhə bölgələrində idi və bir az soyuqlamışdı. Amma həkimlər Qənirə xanımın bir neçə gün həkim nəzarətində müalicə aldıqdan sonra tam sağalacağını və yenidən işinə dönə biləcəyini deyirlər. Ümid edirik ki, Qənirə xanımın ailəsini üzən bu kimi dedi-qodu xəbərləri geniş yayılmayacaq. Qənirə xanımın adından hamınızın bayramınızı təbrik edir, hər kəsə can sağlığı, xoşbəxtlik və uğurılar arzulayiriq.
Firuzə (Qənirə xanımın köməkçisi)".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...