Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovun bir inşaat proyektiylə əlaqədar olaraq dövlət məmurlarını danladığı anın videogörüntüsü yayılıb. Gizli olaraq mediaya ötürülən bu videogörüntü Türkmən İnsan Haqları Təşkilatı tərəfindən əldə edilib.
Videokadrda Q.Berdimuhəmmədov əlindəki çubuqla qarşısındakı stenddəki fotoşəkilə işarə edərək tamamlanmamış proyekti icra edən Türk şirkətinə həqarət edir, onun ünvanına təhqirlər söyləyir.
Berdimuhəmmədov tabeçiliyində çalışanlara türkləri nəzərdə tutaraq "gözünüzün içinə baxaraq yalan danışar, arxanızdan təpiyi basarlar" deməyi də unutmayıb.
(“Hürriyət” qəzetinin saytına yerləşdirilən videoya buradan //webtv.hurriyet.com.tr/2/26545/0/1/turkmenistan-devlet-baskani-nin-turklere-hakaret-ettigi-an.aspx baxmaq olar)
Modern.az